Əzizə Şıxvəliyeva Həkim-pediatr
Qəbula yazıl

Miflər

Diş qıcaması qurd deməkdirmi?

Son araşdırmalar göstərir ki, bruksizm uşaqda qurd olması demək deyil. Təyinatsız verilən qurd dərmanı isə risk daşıyır.

2 dəqiqə oxu Müəllif: həkim-pediatr Əzizə Şıxvəliyeva

Uşaqda diş qıcaması olub və siz dərhal qurd dərmanı vermisinizsə, bu mövzunu sona kimi oxuyun.

Son araşdırmalar göstərir ki, diş qıcaması — yəni bruksizm adlanan simptom — uşaqda qurd olması demək deyil.

Bruksizmin daha çox rast gəlinən səbəbi

Uşaqlarda bruksizm ən çox stress və emosional gərginliklə bağlıdır. Bu mif isə sovet dövründən qalıb.

Tez-tez verilən suallar

Qurd şübhəsi varsa nə etməli?

Şübhə varsa, əvvəlcə həkimə müraciət edin — diaqnoz müəyyən edildikdən sonra müalicə təyin olunur.

Bu saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır və həkim baxışını əvəz etmir. Diaqnoz və müalicə yalnız əyani müayinədən sonra təyin olunur.

Qəbula yazıl