Qızdırma həyat üçün təhlükəli vəziyyət deyil və ondan qorxmaq lazım deyil. Onu hər vasitə ilə normaya endirməyə çalışmaq da düzgün deyil. Bizim vəzifəmiz uşağın vəziyyətini yüngülləşdirməkdir.
Hansı rəqəmdə dərman vermək lazımdır
Dəqiq bir rəqəm yoxdur, hər şey fərdidir. Elə olur ki, uşaq kiçik qızdırmanı da pis keçirir; elə də olur ki, 38,5-də uşaq öz işi ilə məşğuldur. Buna görə həmişə uşağın özünü necə hiss etməsinə istinad edin — bu vacib meyardır.
Effektin ölçüsü
Qızdırmanı dərhal 36,6-ya kimi salmağa çalışmayın. Qızdırmaya qarşı dərmanlar temperaturu 1 dərəcə salırsa, bu artıq yaxşı effekt sayılır.
Nə etmək olmaz
- Qızdırma zamanı uşağın dərisini spirt və ya sirkə ilə silmək olmaz
- Antibiotiki öz başına vermək olmaz
- Böyüklər üçün nəzərdə tutulan dərmanları uşağa vermək olmaz
Qızdırmanın səbəbi nədir
Uşaqlarda qızdırma əksər hallarda viruslarla əlaqəlidir, daha nadir hallarda bakteriyalarla. Qızdırma 3 gün davam edirsə, bu həmişə antibiotik təyin olunması demək deyil.
Bəzən "səbəbsiz" görünən qızdırmanın əslində səbəbi olur: sidik yolu infeksiyaları körpələrdə simptomsuz da keçə bilər. Buna görə uzun sürən və ya təkrarlanan qızdırma mütləq həkim baxışı tələb edir.
Diqqət tələb edən əlamət
Əgər uşağın qızdırmasını salandan sonra da görürsünüzsə ki, uşaq yenə də aktiv deyil və sizin gözünüzə yaxşı görünmür — bu ayrıca əlamətdir və həkim baxışı tələb edir.
Uşaq aktivliyini saxlayırsa, narahatlıq üçün səbəb daha azdır. Amma uşağın vəziyyətində sizi narahat edən nəsə varsa, əlbəttə, həkimin əyani baxışı lazımdır.
Həkimin videoları
Həkim bu mövzunu videoda da izah edib: mətni burada oxuya, videonu isə izləyə bilərsiniz.
Alqoritmi saxlayın, bu punktlara riayət etsəniz qızdırmanı özünüz rahat sala…
Alqoritmi saxlayın, bu punktlara riayət etsəniz qızdırmanı özünüz rahat sala biləcəksiz
Səbəbsiz qızdırma əslində səbəbli olur. Sidik yol infeksiyaları körpələrdə…
Səbəbsiz qızdırma əslində səbəbli olur. Sidik yol infeksiyaları körpələrdə simptomsuzda keçə bilər.
Spirt və ya sirkəynən qızdırma vaxtı uşağın dərisin silmək olmaz.
Spirt və ya sirkəynən qızdırma vaxtı uşağın dərisin silmək olmaz. Antibiotik öz başına verməyin. Qızdırmanı salanda dərhal 36,6ya kimi salmayın. Qızdırmaya qarşı dərmanlar qızdırmanı 1 dərəcə salırsa - bu artıq yaxşı effekt sayılır.
Videoda yazılanlar
Qızdırmalı uşağa bunları etməyin!
Uşağın bədənin spirtnən, sirkəynən silməyin
Antibiotik öz başına verməyin
Qızdırmanı 36,6-ya kimi salmağa çalışmayın
Aktivdir
Yemək yeyir
Su içir
Как вам моя фломастерная сыпь?
Videoda yazılanlar
проба при сыпи
Rus dilində
Как вам моя фломастерная сыпь? Конечно, тут больше речь про сыпь, которая с температурой появилась.
Sizdə panikaya düşürsüz termometrə baxanda?
Sizdə panikaya düşürsüz termometrə baxanda?
Videoda yazılanlar
Hərarət təhlükəli hal deyil və ondan qorxmaq lazım deyil.
Hərarəti mütləq normaya salmağa çalışmaq düzgün deyil.
Əsas məqsədimiz uşağın özünü rahat hiss etməsidir.
Və narahatlığa ciddi səbəb yoxdur. Əgər uşaq aktivdirsə, bu yaxşı əlamətdir.
Amma uşağın vəziyyəti sizə şübhəli gəlirsə, mütləq həkimə müraciət edin.
Qəbula gəlin
Rus dilində
Вас накрывает паника при взгляде на градусник?
Əksər hallarda uşaqlarda qızdırma viruslarla əlaqəlidi, daha nadir hallarda…
Əksər hallarda uşaqlarda qızdırma viruslarla əlaqəlidi, daha nadir hallarda bakteriyalarla əlaqədar olur. Əgər qızdırma 3 gün davam edirsə - bu, həmişə antibiotik təyin olunması demək deyil. Antibiotiki özbaşına vermək təhlükəlidir. Uşaqlar üçün antibiotik diaqnoza, xəstəliyin ağırlıq dərəcəsinə, ehtimal olunan törədiciyə və uşağın çəkisinə görə seçilir. Müalicə kursunu həkim müəyyən edir. Xahiş edirəm, uşağlarınıza antibiotik özünüz təyin etməyin.
Videoda yazılanlar
Когда родители говорят на приеме: температура была 3 дня, мы начали антибиотик
Valideynlər qəbulda deyəndə: uşaqda 3 gün qızdırma oldu, antibiotiki özümüz verməyə başladıq
Rus dilində
Чаще всего температура у детей вызывается вирусами, реже бактериями. Если температура сохраняется 3 дня - это не всегда повод к назначению антибиотика. Самостоятельно применять антибиотик - небезопасно. Доза для детей подбирается исходя из диагноза, тяжести заболевания, предполагаемого возбудителя и веса ребенка. Курс определяет врач. Пожалуйста, не занимайтесь самолечением.
При какой цифре термометра нужно дать жаропонижающие? Наверное, вы задавались…
Videoda yazılanlar
Температура и жаропонижающие. Когда действительно нужно?
Rus dilində
При какой цифре термометра нужно дать жаропонижающие? Наверное, вы задавались таким вопросом. Точной цифры нет, все индивидуально. Бывает так, что ребенок плохо переносит даже небольшую лихорадку, а бывает наоборот, при 38,5 ребенок занят своими делами. Поэтому всегда ориентируйтесь на самочувствие ребенка - это важный критерий.
Ибупрофен VS Парацетамол
Rus dilində
Ибупрофен VS Парацетамол
Может бы вы когда-то задавались вопросом чем отличаются эти препараты?
Что чаще всего используете для своего ребенка для снижения температуры?
Suallar
İbuprofen və parasetamol arasında fərq varmı?
Bunlar müxtəlif preparatlardır və uşaq üçün seçim yaşa, çəkiyə və vəziyyətə görə edilir. Seçimi və dozanı həkimlə dəqiqləşdirin.
Termometrə baxanda panikaya düşürəm, bu normaldır?
Bu çox yayılmış haldır. Rəqəmə deyil, uşağın vəziyyətinə baxmaq narahatlığı azaldır: uşaq oynayırsa, su içirsə və aktivdirsə, bu yaxşı əlamətdir.


