Meninqokokk bakterial infeksiyadır və hər pediatr üçün ən istənilməz infeksiyalardan biridir. Səbəbi onun sürətidir.
Əlamətlər
- Yüksək qızdırma
- Baş ağrısı
- Qusma
- Səpkilər
Nə üçün bu qədər təhlükəlidir
Uşaq bir neçə saat ərzində reanimasiyaya düşə bilər. Buna görə şübhə yarandıqda gözləmək olmaz.
Xüsusi diqqət tələb edən nişan
Əgər uşağın qızdırmasını salanda da görürsünüz ki, uşaq yenə də aktiv deyil və sizin gözünüzə yaxşı görünmür — bu artıq onun əlaməti ola bilər.
Qorunma
Meninqokokk peyvəndi mövcuddur və ən yaxşı qorunma üsuludur. Peyvəndin vurulma yaşı preparatdan asılıdır: 6 həftəlikdən başlayanı var, 2 aylıqdan başlayanı var, bir də 9 aylıqdan başlayanı var.
Preparat seçimi
Hansı peyvəndin uşağınıza uyğun olduğunu və qrafiki həkimlə dəqiqləşdirin — bu, uşağın yaşından və əvvəlki peyvəndlərdən asılıdır.
Həkimin videoları
Həkim bu mövzunu videoda da izah edib: mətni burada oxuya, videonu isə izləyə bilərsiniz.
Meninqokokk haqqında. 2ci hissə.
Meninqokokk haqqında. 2ci hissə.
Videoda yazılanlar
Meninqokokkun xüsusi əlamətləri hansılardı?
Uşaqlarımızı bu infeksiyadan necə qoruyaq?
Peyvəndi var
Peyvəndi hansı yaşlarda vurmaq olar?
Valideynlərə nə demək istəyirsiz?
Meninqokokk - hər pediatr üçün ən istənilməz bir infeksiyadır
Meninqokokk - hər pediatr üçün ən istənilməz bir infeksiyadır
Videoda yazılanlar
Pediatrın ən böyük qorxusu nədir?
Meningokokk - bakterial infeksiyadır
Hansı əlamətləri var?
Yüksək qızdırma, baş ağrısı, qusma, səpkilər
Hansı fəsadlar yaradır?
Uşaq bir neçə saat ərzində reanimasiyaya düşə bilər
Suallar
Peyvənd hansı yaşdan vurula bilər?
Peyvənddən asılıdır: 6 həftəlikdən, 2 aylıqdan və 9 aylıqdan başlayan variantlar var.
Səpki olmasa, meninqokokk ola bilməz?
Əlamətlərin hamısı eyni anda görünməyə bilər. Yüksək qızdırma ilə birlikdə uşağın ümumi vəziyyətinin pisləşməsi tək başına təcili baxış üçün səbəbdir.


