Yenidoğulmuşda tez-tez rast gəlinən hallar

Göz yaşı kanalının darlığı, göbək yırtığı, monqoloid ləkəsi və kandidoz stomatit — hansı hal müalicə tələb edir, hansı öz-özünə keçir.

İlk aylarda valideynləri ən çox narahat edən bir neçə hal var. Onların bir hissəsi fizioloji haldır və müalicə tələb etmir.

Göz yaşı kanalının anadangəlmə darlığı

Göz yaşını buruna aparan kanalın dar və ya bağlı olması yeni doğulan körpələrdə tez-tez rast gəlinir; iltihab qoşulduqda bu, dakriosistit adlanır.

  • Göz yaşarması
  • Göz küncündə selik və ya irin
  • Səhərlər kirpiklərin yapışması

Nə etmək olar: göz gigiyenasına diqqət etmək, göz yaşı kanalına masaj etmək və bəzi hallarda damcı istifadə etmək — yalnız həkim təyinatı ilə. Masaj texnikasını qəbulda göstərirəm.

Göbək yırtığı

Göbək yırtığı körpələrdə çox rast gəlinən haldır. Adətən qarın divarı tam möhkəmlənmədiyi üçün yaranır.

  • Körpə ağlayanda və ya gücənəndə daha çox görünə bilər
  • Əksər hallarda 1–2 yaşa qədər öz-özünə bağlanır
  • Uşağa adətən ağrı vermir

Tövsiyə olunmayan üsullar

Qəpik, plastır və müxtəlif bağlama üsulları tövsiyə olunmur.

Monqoloid ləkəsi

Monqoloid ləkəsi asiyalı və yerli amerikalı uşaqların 90%-dən çoxunda, qaradərili körpələrin təxminən 80%-ində və latınamerikalı uşaqların 70%-ində rast gəlinir. Avropoid irqinə mənsub uşaqlarda isə bu göstərici 10%-dən az hallarda qeydə alınır.

Əksəriyyətində ləkələr həyatın ilk ilində solmağa başlayır və 5–6 yaşlarında tamamilə yox olur; daha nadir hallarda bu, cinsi yetkinlik dövrünün başlanğıcına qədər uzana bilər. Ləkələrin 3%-dən az hissəsi yetkinlik yaşında qalır.

Kandidoz stomatit

Kandidoz stomatit göbələk mənşəli infeksiyadır və düzgün müalicə ilə adətən tez sağalır. Preparat seçimi düzgün olduqda nəticə yaxşı olur.

Başın arxasında saç tökülməsi

Pediatriyada ən çox rast gəlinən miflərdən biri də başın arxasında saç tökülməsini raxitlə əlaqələndirməkdir. Əslində bu yalançı simptomdur: həyatın ilk aylarında körpə çox vaxt arxası üstə uzandığı üçün başını döşəyə sürtür və saçlar seyrələ və ya tökülə bilər. Bu fizioloji haldır və raxit ya D vitamini çatışmazlığı demək deyil.

Həkimin videoları

Həkim bu mövzunu videoda da izah edib: mətni burada oxuya, videonu isə izləyə bilərsiniz.

Yeni doğulan körpələrdə tez-tez rast gəlinir.

27 mart 2026

Yeni doğulan körpələrdə tez-tez rast gəlinir. Göz yaşını buruna aparan kanal dar və ya bağlı olur.

  • Əlamətlər:
  • Göz yaşarması
  • Göz küncündə selik/irin
  • Səhərlər kirpiklərin yapışması
  • Nə etmək olar?
  • Göz gigiyenasına diqqət edin
  • Göz yaşı kanalın masajı (videoda göstərdiyim)
  • Bəzi hallarda damcılar (həkim təyinatı ilə!)

Videoda yazılanlar

Göz yaşı kanalının anadangəlmə stenozu

Dakriosistit

Rus dilində

Врожденный стеноз слезного канала (при воспалении- дакриоцистит) часто встречается у новорожденных. Канал, по которому слеза оттекает в нос, сужен или закрыт.

  • Симптомы:
  • Слезотечение
  • Слизь/гной в уголке глаза
  • Слипание ресниц по утрам
  • Что делать?
  • Соблюдать гигиену глаз
  • Массаж слезного протока (на видео)
  • В некоторых случаях назначаются капли
Videoya bax

Monqoloid ləkəsi asiyalı və yerli amerikalı (hindistanlı) uşaqların 90%-dən…

2 sentyabr 2026

Monqoloid ləkəsi asiyalı və yerli amerikalı (hindistanlı) uşaqların 90%-dən çoxunda, qaradərili körpələrin təxminən 80%-ində və latınamerikalı uşaqların 70%-ində rast gəlinir. Avropoid irqinə mənsub uşaqlarda isə bu göstərici 10%-dən az hallarda qeydə alınır.

Əksəriyyətində ləkələr həyatının ilk ilində solmağa başlayır və 5–6 yaşlarında (daha nadir hallarda — cinsi yetkinlik dövrünün başlanğıcına qədər) tamamilə yox olur. Ləkələrin 3%-dən az hissəsi yetkinlik yaşında qalır.

Monqoloid ləkəsi haqqında eşidmisiniz?

Videoda yazılanlar

Monqoloid ləkəsi (anadangəlmə dermal melanositoz) - göy-boz, mavimsi rəngli, tamamilə ziyansız və xoşxassəli bir xaldır.

Монголоидное пятно (врожденный дермальный меланоцитоз) - доброкачественное родимое пятно сине-серого, голубоватого цвета.

Rus dilində

Монголоидное пятно встречается у более чем 90% азиатских и коренных американских детей, около 80% темнокожих младенцев и 70% детей латиноамериканского происхождения.У детей европеоидной расы оно регистрируется менее чем в 10% случаев.

В подавляющем большинстве случаев пятна начинают бледнеть на первом году жизни и полностью исчезают к 5–6 годам (реже — к началу полового созревания). Менее 3% пятен остаются во взрослом возрасте.

А вы раньше слышали про монголоидное пятно?

Videoya bax

Manej təhlükə yarada bilər

20 iyul 2026

Manej təhlükə yarada bilər Uşağın tez gəzməyinə heç bir təsir göstərmir

Videoda yazılanlar

Maneja qoya bilərik uşağı?

Videoya bax

Bilirdiniz bu sindromu?

10 iyun 2026

Bilirdiniz bu sindromu?

Videoda yazılanlar

Симптом волосяного жгута - состояние, когда волос или нитка туго обматываются вокруг пальца рук, ног или другой части тела, нарушая кровообращение.

Tük turniketi sindromu (Hair Tourniquet Syndrome)
Körpənin barmağı, ayaq barmağı və ya digər nahiyəsi ətrafına dolaşmış saç toxumaları sıxaraq qan dövranını pozması ilə yaranan təhlükəli vəziyyətdir.

Videoya bax

“Körpənin saçları tökülür - bu raxitdir?”

21 aprel 2026

“Körpənin saçları tökülür - bu raxitdir?”

Pediatriyada ən çox rast gəlinən miflərdən biri də başın arxasında saç tökülməsini raxitlə əlaqələndirməkdir. Əslində isə bu yalançı simptomdur.

Bu niyə baş verir? Həyatın ilk aylarında körpə çox vaxt arxası üstə uzandığı üçün başını döşəyə sürtünür və saçlar seyrələ və ya tökülə bilər. Bu, fizioloji haldır və raxit ya D vitamini çatışmazlığı demək deyil.

Videoda yazılanlar

РАХИТ??

Videoya bax

Göbək yırtığı körpələrdə çox rast gəlinən haldır.

13 aprel 2026

Göbək yırtığı körpələrdə çox rast gəlinən haldır. Adətən qarın divarı tam möhkəmlənmədiyi üçün yaranır.

  • Körpə ağlayanda və ya gücənəndə daha çox görünə bilər
  • Əksər hallarda 1–2 yaşa qədər öz-özünə bağlanır
  • Uşağa adətən ağrı vermir
  • Qəpik, plastır və ya müxtəlif “bağlama” üsulları tövsiyə olunmur

Videoda yazılanlar

Göbək yırtığı körpələrdə

Пупочная грыжа у малышей

Rus dilində

Пупочная грыжа — довольно частое состояние у младенцев. Она возникает из-за того, что мышцы брюшной стенки после рождения ещё полностью не окрепли.

  • Может становиться заметнее, когда ребёнок плачет или тужится
  • В большинстве случаев закрывается самостоятельно к 1–2 годам
  • Обычно не вызывает боли у ребёнка
  • Монеты, пластыри и другие «заклеивания» не рекомендуются
Videoya bax

Современный подход в ведении пупка - это сохранение его сухим. Никакой…

22 mart 2026

Videoda yazılanlar

Göbəyə müasir tibbi yanaşma

Burda fizioloji dəri soyulmasında görə bilərsiz

Rus dilində

Современный подход в ведении пупка - это сохранение его сухим. Никакой обработки не требуется, в том числе зеленки или перекиси водорода.

На видео также можете видеть физиологическое шелушение кожи новорожденных. Это тоже норма.

Videoya bax

Suallar

Göz yaşarması öz-özünə keçirmi?

Bir çox halda gigiyena və masajla vəziyyət yaxşılaşır, lakin irin və davamlı şikayət varsa baxış lazımdır.

Monqoloid ləkəsi müalicə tələb edirmi?

Xeyr, bu xoşxassəli haldır və vaxt keçdikcə solur.

Əlaqəli xidmətKörpə müşahidəsi
Dr. Əzizə Şıxvəliyeva

Həkim-pediatr. Yazı həkimin öz izahı əsasında hazırlanıb.

Müəllif haqqında

Uşağınızın vəziyyəti sizi narahat edir?

WhatsApp-a yazın və ya zəng edin: qəbul vaxtı dəqiqləşdirilir.

Qəbula yazıl